iPhone 8-in heç yerdə olmayan görüntüləri FOTOLAR

iPhone 8-in heç yerdə olmayan görüntüləri


Hər kəs Apple şirkətinin payızda satışa çıxaracağı iPhone 8 modeli haqqında danışır.

"Qaynarinfo" xarici mətbuata istinadən xəbər verir ki, Apple son zamanlar yeni iPhone modeli üzərində çalışır. iPhone telefonlarının 10-cu ildönümünə özəl dizayn olunan bu model iPhone 8 və ya iPhone X adı ilə tanınır. Məlumatlara görə, şirkət indiyə qədər qəbul olunmuş dizaynını tamamilə dəyişərək yeni bir layihə işləyir və bu buraxılışda bəzi Premium özəlliklərə yer veriləcək.

Yayılan xəbərlərə görə, iPhone 8-in ön tərəfində ekranı bütünlüklə əhatələyən OLED monitor olacaq və yüksək səviyyədə inkişaf etmiş axtarış sistemi yerləşdiriləcək. Bir sıra yeni xüsusiyyətlərin yer alacağı iPhone 8 yeni dizaynda qarşımıza çıxacaq.

Bu zamana qədər iPhone 8 modellərində ekranın altında mövcud olan barmaq izi ilə çalışan ekran oxuyucusunun yeni buraxılışda telefonun arxa hissəsinə, apple işarəsinin altına keçiriləcəyi fərziyyələr sırasında idi.

Amma yayılan şəkillərdən də göründüyü kimi barmaq izi oxuyucusunun ekranın ön hissəsində aşağıda yerləşdiyi diqqəti çəkir. Rəsmləri yayan Benjamin Geskin hazırda yaydığı şəkillərin prototip olduğunu, hələ model üzərində ciddi işlər getdiyini vurğulayıb. Həmin şəkilləri sizə təqdim edirik.


iPhone 8-in heç yerdə olmayan görüntüləri
iPhone 8-in heç yerdə olmayan görüntüləri
iPhone 8-in heç yerdə olmayan görüntüləri



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1199 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...