Əməkdar artist: "Ölmək istəyirəm"

Əməkdar artist: "Ölmək istəyirəm"


Azərbaycanın əməkdar artist Zöhrə Abdullayeva sıxıldığını, darıxdığını deyib. Gundeminfo.az bildirir ki, metbuat.az-a danışan ifaçı ölmək istədiyini deyib: "Bu dəqiqə ölmək istəyirəm. Həyatı anlayanda, həyatdan köçür insan. Darıxıram, çox darıxıram. Arzum odur ki, oğlumun canı sağ olsun. Tək istəyim budur. İllər keçdikcə insan müdrikləşir.

Səhnəni sevirəm. İllərimi vermişəm incəsənətə. Nə qədər tələbat var, o qədər də sənətdəyəm. Bir gün insanlar məni görmək istəməsələr, görsəm ki, tələbat yoxdur, özüm səhnədən gedərəm. Həyatım boyu doğru olub, düz danışmışam. Səsimi Allah verib, o da ala bilər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1350 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...