Xalq artisti məhkəməyə verildi - 300 minlik çəkişmə
ADO teatrı Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Məliki və həmin teatrın rejissoru Əlif Cahangiri məhkəməyə verməyə hazırlaşır. Bu barədəBakiPost.az-a ADO teatrının meneceri Kamal Aken məlumat verib.
Onun sözlərinə görə, məsələ ilə bağlı hətta Daxili İşlər Nazirliyinə (DİN) də müraciət olunub: "Bu məsələdə teatrı hüquqşünas Samirə Ağayeva təmsil edir. Vəkil ADO teatrının rəhbəri və əməkdaşlarına qarşı Akademik Teatrın rejissoru Əlif Cahangirlinin təhdidləri ilə bağlı DİN-ə müraciət ünvanlayıb. Ümid edirik ki, yaxın günlərdə müraciət araşdırılacaq”.
Teatrdan bildirilib ki, artıq məhkəmə sənədlərinin də hazırlanması yekunlaşıb: "Akademik teatrın aktyoru Ramiz Məlik və teatrın rejissoru Əlif Cahangir Facebook sosial şəbəkəsində ADO teatrının və teatrın rəhbərinin ünvanına təhqiramiz fikirlər səsləndirib. Daha sonra Əlif Cahangirli media vasitəsilə yazı yazaraq təhqirlərini davam etdirib. Vəkil hesab edir ki, bütün bunlar teatrın imicinə, onun rəhbərinin işgüzar nüfuzuna xələl gətirir, bütün bu təhqirlər şərəf və ləyaqətin alçaldılmasına yönəlib. Məhkəmə iddiasında "üzr istəmək” tələbi ilə yanaşı dəymiş mənəvi ziyana görə 300 min manat təzminat tələbi də irəli sürülüb. Baş vermiş məsələdə aktyorların heysiyyatına toxunulub və mülki qaydada qaldırılmış işdə qanun çərçivəsində cəzanın kəsilməsinə nail olacağımıza inanırıq.
Toplanmış faktlar da iddia ərizəsinə əlavə olunub. Biz hesab edirik ki, bütün bu məsələlərin arxasında Akademik Milli Dram Teatrının rəhbəri Azərpaşa Nemətov dayanır”. Qeyd edək ki, bir neçə gün bundan öncə Akademik Milli Dram Teatrının əməkdaşları Facebook sosial şəbəkəsi və media vasitəsilə ADO teatrına, teatrın rəhbəri və əməkdaşlarına qarşı təhqiramiz fikirlər səsləndiriblər.
1231 dəfə oxundu