“Qızımı bacısı ilə görüşməyə qoymuram“ - Tünzalə

“Qızımı bacısı ilə görüşməyə qoymuram“ -

Əməkdar artist Tünzalə Ağayeva “Əslində mən” verilişinin qonağı olub

Müğənni həmkarlarına səslənib:

“Bir çox müğənniyə təəccüb qalıram. Ancaq qabağa keçib, özlərini göstərmək istəyirlər. Sən insansan, bir gün dincəlməlisən. Tamaşaçıların illərdir məndən istədiyi konserti etdim. İndi mənim geriyə çəkilmək vaxtımdır. Güc toplayım, yeni ideyalar axtarım və sevənlərimin qarşısına fərqli çıxım. Tamaşaçı bizi çox qınayır ki, bütün günü bəzənirlər, yanlarında nə qədər işçi. Biz səhnədə olarkən keçirdiklərimizdən onların xəbəri yoxdur. Məsələn, heç kim bilmir ki, konsertimdə səhnədə olarkən mədəmdə güclü ağrılar var idi”.

T.Ağayeva haqqında yayılan şayiələrdən də bəhs edib:

“Hər kəsin fikrinə hörmətlə yanaşıram. Mənə “Bunun səsi yoxdur, niyə müğənni olub?” deyənlər var. Hətta kimi deyir deputat olmaq istəyir, kimi deyir siyasətçidir”.

Qızı Fidandan bəhs edən T.Ağayeva "Övladınız təkdir. Atasının başqa bir qızı da var. Fidan bacısı ilə görüşür" sualına belə cavab verib:

“Qızımı keçmişimdəki heç kimlə görüşdürmürəm. Mənim buna görə öz səbəblərim var. Bütün övladlar gözəldir. Amma o balaları böyüdən valideynlər var. Mənim problemim onlarladır. Peşman olacağım addım atmaq istəmirəm. Övladım üçün həm atayam, həm də anayam. Bir yerdə xoşbəxtik. Fidana istədiyim qədər vaxt ayıra bilmirəm. O, ömür boyu nənə-baba yanında böyüyüb. Uşaqlıqda şikayət edirdi ki, “Niyə özünə başqa iş tapmırsan?”. Sonradan bu halıma öyrəşdi. Fidan sevmir ki, məktəbdə, dostları arasında, cəmiyyətdə onu Tünzalənin qızı kimi tanısınlar. Bu ona narahatçılıq verir".(axşam.az)


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1643 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...