Xalq artisti ad gününü harada keçirəcək?

Xoşbəxt qadınam ki, hər doğum günümdə olduğu kimi, bu dəfə də sevdiklərim yanımdadır.

Bu sözləri bu gün ad gününü qeyd edən xalq artisti Nazpəri Dostəliyeva Axar.az-a danışarkən deyib. O, doğum gününü ailəsi ilə keçirəcəyini bildirib:

“Doğum günlərimi həmişə ailəmlə qeyd edirəm. Təntənəli mərasimləri çox sevmirəm. Bu gün də axşam verilişdə olacağam. Ondan sonra ailəmlə qeyd edəcəyəm. Gələcəkdən ancaq cansağlığı, xoş günlər arzu edirəm”.

Qeyd edək ki, xalq artistinin bu gün 56 yaşı tamam olur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1265 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...