“Muğama olan maraq artıb” - Canəli Əkbərov

“Muğama olan maraq artıb” -

Xalq artisti, ustad xanəndə Canəli Əkbərov gənclərin muğam sənətinə olan marağından danışıb. Publika.az-a açıqlama verən xanəndə keçmişi yada salıb:

“Vaxt vardı, muğam sənətinə fikir verən yox idi. Cavanlar xanəndə olmaq istəmirdilər. Muğamatımız getdikcə tənəzzülə uğrayırdı. Hətta efirdə solo-çıxış etmək üçün telekanalın rəhbərindən icazə almalıydım. Muğam sənəti YUNESKO-nun qeyri-maddi irs siyahısına salınandan sonra xanəndələrə də xüsusi diqqət verildi.

İndi gənclərin də muğama olan marağı artıb, hər kəs xanəndə olmaq arzusundadır. İndi gənc xanəndələrimiz estrada müğənnilərindən heç də az görünmürlər. Hətta mən deyərdim ki, estrada müğənnilərindən daha çox hörmət-izzətlə qarşılanırlar”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1495 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...