"Bakı 2015" şokolad tablosu "Ginnesin rekordlar kitabı"na düşə bilər

"Bakı 2015" şokolad tablosu "Ginnesin rekordlar kitabı"na düşə bilər

Muzey Mərkəzində məşhur şokolad ustası Nikolay Popovun müəllif sərgisində yer alan və birinci Avropa Oyunlarına həsr edilən şokolad tablosu "Ginnesin rekordlar kitabı"na düşə bilər. "Bakı 2015" şokolad tablosunun çəkisi 215 kiloqramdır.

GUNDEMİNFO.AZ-ın Trend-ə istinadən məlumatına görə, Avropa Oyunları ərəfəsində, mayın 15-də açılışı keçirilən "Nikolya şokolad muzeyi" sərgisini indiyədək 15 min insan ziyarət edib. Bu barədə məlumat verən sərginin təşkilatçısı Andrey Leynin sözlərinə görə, təşkilatçılar dünyanın ən böyük şokolad tablosu haqqında "Ginnesin rekordlar kitabı"na müraciət ediblər.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin və Muzey Mərkəzinin təşkilatçılığı ilə keçirilən şokolad sərgisi iyunun 28-dək davam edəcək. Dünya turu çərçivəsində 40-dan artıq şəhərdə maraqla qarşılanan "Nikolya şokolad muzeyi"nin Bakı sərgisində 250-dən artıq şokolad məmulatı, şokolad və marsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər, miniatürlər və kompozisiyalar təqdim edilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1226 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...