“Azərişıq”dan Tolikə cavab: “Bəlkə, heç mənzilində işıq yoxdur?”

“Azərişıq”dan Tolikə cavab:


“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti prodüser Tolikin (Tarix Əliyev) ittihamlarına aydınlıq gətirib. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AzNews.az-a açıqlamasında bildirib ki, sözü gedən quruma Tarix Əliyev adında abonentin şikayəti daxil olmayıb: “Əvvala Tolikin yaşadığı evi mübarək olsun. Ancaq, yaşadığı evin ünvanını da desin, biz bilək ki, həftədə 3 dəfə işıqları kəsilən yer haradır. Tolikin harada yaşadığını bilsək, işıqların kəsilmə səbəbini də araşdırarıq. Bəlkə, heç Tolikin mənzilində işıq yoxdur?. Bir də Tolik kimə müraciət edib?”.

T.Mustafayev bildirib ki, hazırda Xırdalanın bütün ərazisində işıqların yandığını və bununla bağlı heç bir problemin olmadığını vurğulayıb. Qeyd edək ki, prodüser Tolik (Tarix Əliyev) “Azərişıq” ASC-dən şikayətçi olduğunu dilə gətirib. O, Xırdalanda həftə ərzində işıqların 3 dəfə kəsildiyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1173 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...