SSRİ-nin ən qocaman Xalq artisti vəfat etdi

SSRİ-nin ən qocaman Xalq artisti vəfat etdi


Rusiyanın tanınmış aktyoru Vladimir Zeldin vəfat edib.

Gundeminfo.az yazır ki, AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə aktyorun müalicə olunduğu xəstəxanadan məlumat verilib. 101 yaşlı Zeldin bu gün səhər saatlarında dünyasını dəyişib.

Xəbəri aktyorun həyat yoldaşı İvetta Kapralova da təsdiqləyib: “Vladimir Mixayloviç səhər tezdən keçinib. Mənə onun son zamanlar müalicə aldığı xəstəxanadan zəng vurdular. Üç həftədən çoxdur ki, həkimlər onu həyata qaytarmaq üçün çalışırdılar. Lakin təəssüf ki, bu alınmadı. Daha heç nə deyə bilmərəm. Özüm də nə edəcəyimi bilmirəm”.

Qeyd edək ki, Zeldin 1915-ci ildə Rusiyada anadan olub. O, 100 yaşında səhnəyə çıxan aktyor kimi Ginnesin Rekordlar Kitabına düşüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1036 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...