“Ərimin Bakıda, Gəncədə, Tovuzda obyektləri var” - Şəbnəm Tovuzlu

“Ərimin Bakıda, Gəncədə, Tovuzda obyektləri var” -


Mətbuatda Şəbnəm Tovuzlunun həyat yoldaşı kimi təqdim olunan kişinin fotosu yayılıb. Şəbnəm Tovuzlu Teleqraf.com-a açıqlamasında fotodakı adamı tanımadığını deyib:

“Bizdən nə istəyirlər? Bu foto kiminsə “prava” şəklidir. Mənim həyat yoldaşımın şəklini heç yerdə görə bilməzsiniz. Onu tanıtmıram, tanıtmayacam da. Bunu görməyəcəksiniz. Uşağımız olduqdan sonra bizim üçümüzün şəklini görə bilərsiniz. Min Rafiq adlı şəxs var? Axı niyə bilmədən başqasının fotosunu yayırlar? Ayıbdır. Bu, mənə gülünc gəlir.

Özüm həyat yoldaşımın şəklini verəcəm. İnşallah, martda uşaq gözləyirik. Adını da atamın adını qoyacam. O zaman şəkillərimiz olacaq. Həyat yoldaşım gündəm sevmir və heç nədən də çəkinmir. Bəli, həyat yoldaşından ayrılıb və kişi kimi də ailəsinə baxır. Hazırda onun nikahlı xanımıyam. Ayıbdır, o şəkili çıxarsınlar. Yəqin ki, o insan özü də şikayət edəcək. Həyat yoldaşım yanımdadır. Yalan məlumat verməyin”.

İfaçı həyat yoldaşının Memar Əcəmi metrostansiyası tərəfdə obyektlərinin olması xəbərini də yalanlayıb: “Onun Memar Əcəmidə yox, Nizami küçəsində, İçərişəhərdə, Gəncədə və Tovuzda obyektləri var”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1298 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...