Elton Hüseynəliyev həyat yoldaşından ayrıldı

Elton Hüseynəliyev həyat yoldaşından ayrıldı

Tanınmış müğənni Elton Hüseynəliyev həyat yoldaşından ayrılıb

Ans press-in əldə etdiyi məlumata görə, 2 uşaq atası olan ifaçının hazırda media aləmində yaxşı tanınan xanımla birlikdə olduğu və onların evlənməyə hazırlaşdığı bildirilir.

Cütlüyün Nuray və Məryəm adlı iki qız övladı var. Onların rəsmən boşandığı barədə məlumatlar yoxdur.

9 illik ailənin dağlmasına səbəb xəyanət olub. Şou-biznes aləmində yayılan söhbətlərdə Elton Hüseynəliyevin adı zaman-zaman bəzi qadın müğənnilərlə birlikdə çəkilirdi.

Əslində onların ayrıldığı barədə şayiələr artıq 2 ildir gəzir. Hətta keçmiş cütlüyün arasında yaşanmış mübahisə və münaqişələr üzündən Tamilla xanımın (Toma) xəstəxanaya düşdüyü xəbərləri də mediada yer almışdı.

Ailəsinin dağılmasını istəməyən Elton dəfələrlə bunu təkzib etsə də, sonunda bu baş verdi.

Elton Hüseynəliyevin ailəsinin dağılması illərdir birlikdə çalışdığı prodüseri Anar Mədətovla işbirliyinin bitməsilə nəticələnib. İfaçının uşaqlarının anası prodüserin xalası qızıdır.

Anar Mədətovdan ayrılan Elton artıq xeyli müddətdir məşhur prodüser Toliklə işləyir.

Müğənninin eks-həyat yoldaşı da şou-biznes camiyəsindəndir. Toma kimi tanınan prodüser Eltonla evliliyə qədər bir çox müğənnilərlə çalışıb. Toma xanım hal-hazırda Günay İbrahimlinin prodüseridir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2434 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...