Samir Piriyevdən Ramil Usubova müraciət
"KAMRAN HƏSƏNLİ VƏ BACISI DƏLƏDUZLUQ EDİB"
Müğənni Samir Piriyev Daxili işlər naziri Ramil Usubova müraciət edib. Axşam.az xəbər verir ki, bu barədə müğənninin vəkili Ruslan Əhmədoğlu məlumat verib.
Müraciətdə deyilir:
“Sizə müraciət etməyimin səbəbi başqa çıxış yolumun qalmamağıdır. Kamran Həsənli və bacısı Gülər Həsənli dələduzluq edib, etibardan sui-istifadə edərək məndən 115 min dollar alıb. 35 min dollar qaytarılıb, 80 min dolları isə müxtəlif bəhanələr gətirilərək qaytarılmır. Bu gün faktla bağlı başlanılmış cinayət işinə maneələr törədilir. Belə ki, istintaq gedişatında qəbul olunmuş Gülər Həsənlinin dindirilməsi və üzləşmə keçirilməsi barədə vəsadət bu günə qədər icra olunmur. Səbəbi isə çox sadədir.
Gülər Həsənli istintaqı saymır, yayınır. Müstəntiq Gülər Həsənlini birmənalı olaraq istintaqa cəlb edə bilmir. Bu qədər külli-miqdarda vəsaiti əvvəlcədən əlbir olub, planlı şəkildə etibardan sui-istifadə edərək mənimsəyən şəxslərdən biri Gülər Həsənlidir. Yəni, Gülər Həsənlini başlanılmış cinayət işi ilə bağlı müstəntiq istintaqa cəlb edib üzləşmə keçirə bilmir, bu səbəbdən yeganə üz tutacağım şəxs DİN rəhbəridir. Xahiş edirəm məsələni öz nəzarətinizə götürüb olan təzyiqlərlə bağlı məni qəbul edəsiz”.
1178 dəfə oxundu