Məhkəmə meymunu insana bərabər tutdu

Məhkəmə meymunu insana bərabər tutdu

“Fillər, kitlər və delfinlər də fiziki azadlıq hüququna layiqdirlər”. Nyu-York məhkəməsi bildirib ki, Stouni-Bruk universitetinin eksperimental şimpanzelərinin şəxsi azadlıq hüququ var.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, meymunlar Leo və Herkulesin universitetdə saxlanılması qeyri-qanuni hesab oluna bilər. “Bu, bizim can atdığımıza – şimpanze və yüksək intellektli digər heyvanlar üçün şəxsi azadlıq hüququna doğru böyük addımdır”, - Heyvan haqlarının qorunması üzrə təşkilatın direktoru Natali Prosin deyib.
Onun fikrincə, fillər, kitlər və delfinlər də fiziki azadlıq hüququna layiqdirlər. Məhkəmə Leo və Herkulesin yaşadığı universitetin rəhbərliyini meymunların orada saxlanılmasını əsaslandırmağı tələb edib. Əgər arqumentlər hakim üçün inandırıcı olmasa, o zaman primatları azadlığa buraxacaqlar. Növbəti dinləmə mayın 6-na təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1608 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...