"Allaha and olsun, bu, dəhşətdir" - Xumar

"Allaha and olsun, bu, dəhşətdir" -


Müğənni Xumar Qədimova bacısı Matandan danışıb. GUNDEMİNFO.AZ big.az-a istinadən xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan X. Qədimova hər zaman gizli qalmağı xoşlayan, eyni zamanda da cəldliyi ilə bir çox prodüserləri kölgədə qoyan Matandan danışıb:

"Mən bacım Matandan böyüyəm. Amma elə bil biz əkizik. Allah gözdən, nəzərdən saxlasın. Hərdən qorxuram ki, bu mehribanlığımıza görə bizə göz dəyər. Təsəvvür edin ki, mən otağımda oturmuşam, ürəyimdə hər hansı mahnını zümzümə edirəm. Allaha and içirəm ki, bu, dəhşətdir. Bir də görürəm, mətbəxdə Matan da həmin mahnını oxuyur. Sadəcə dəhşətə gəlirəm. Və ya nə isə barədə düşünürəm, bir də görürəm ki, Matan gəldi və mənə bu barədə sual verdi. Deyirəm, ay Matan, niyə biz bu qədər oxşarıq? Ruhlarımız birdirsə, deməli, əkizik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1071 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...