Bu gecə “Eurovision-2015” mahnı müsabiqəsinin finalıdır

Bu gecə “Eurovision-2015” mahnı müsabiqəsinin finalıdır

Bu gecə Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Eurovision-2015” mahnı müsabiqəsinin final şousu keçiriləcək.

Trend xəbər verir ki, müsabiqənin final şousu 45 ölkədə yayımlanacaq. Yarışmanın final mərhələsi mayın 24-nə keçən gecə keçiriləcək. Müsabiqədə Azərbaycan təmsilçisi Elnur Hüseynov "Hour of the Wolf" mahnısını uğurla ifa edərək finala keçib.
Avropanın ən populyar mahnısını müəyyənləşdirən “Eurovision -2015” mahnı müsabiqəsinin finalı Bakı vaxtı ilə saat 00:00-da “Wiener Stadthalle” arenasında başlayacaq.


Birinci yarımfinalda Rusiya, Albaniya, Serbiya, Rumıniya, Belarus, Yunanıstan, Estoniya, Macarıstan, Gürcüstan və Ermənistan finala vəsiqə qazanıb. Qeyd edək ki, Avstriya, Almaniya, İtaliya, Böyük Britaniya, Fransa, Avstraliya və İspaniya finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələrdir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1410 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...