Gəlin toy gecəsi qaçdı - FOTOLAR
Türkiyədə gəlin toydan əvvəl ona verilən qızılları götürüb qaçıb. GUNDEMİNFO.AZ teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Sivasda baş verib. Heyvandarlıqla məşğul olan 76 yaşlı Hüseyn və 64 yaşlı Kezban 29 yaşlı oğulları Adəmə yaşadıqları yerdə uyğun qız tapa bilməyiblər. Başqa şəhərdə gəlin axtarışına başlayan ailə Kilisdə yaşayan suriyalı qızı bəyəniblər.
Gəlin, qardaşı və onun həyat yoldaşı Sivasa gəliblər. Onlar bəyin ailəsindən 12 min TL (təxminən 6380 manat) başlıq pulu alıblar. Daha sonra oradan gediblər. Gəlin isə ona alınan 17 min TL (təxminən 9000 manat) dəyərində qızılları götürərək evdən qaçıb. Zərərçəkmiş ailə polisə şikayıt edib.
8 uşaq atası olan ailənin başçısı Hüseyn heyvandarlıqla məşğul olduqları üçün yaşadıqları yerdə oğluna heç kimin qız vermədiyini bildirib. O, ifadəsində bunları deyib: "Toy xərcləri üçün bankdan 40 min TL (təxminən 21 min 270 manat) pul çıxartdım. 17 min TL-yə gəlinə qızıl aldıq, 12 min TL isə qardaşına başlıq pulu verdik. Qalan pul isə aradakı adamlar arasında bölüşdürüldü. Qardaşı və xanımı Kilisə qayıtdı, qız isə yanımızda qaldı. Gəlin gecə pəncərədən qaçdı. Dilini də başa düşmürdük, izlərini itirmişik. Polisə müraciət etməli olduq". Hadisə ilə bağlı polis hazırda axtarışları davam etdirir.
1987 dəfə oxundu