"Arvadını boşayıb, məni almaq istəyirdi" Mətanət İsgəndərli

"Arvadını boşayıb, məni almaq istəyirdi"


Əməkdar artist Mətanət İsgəndərli həyatındakı keşməkeşlərdən danışıb.

GUNDEMİNFO.AZ gecce.az-a istinadən xəbər verir ki, müğənni "ATV Maqazin Onlarla" verilişində bunları etiraf edib:

"İlk dəfə böyük səhnəyə Türkiyədə çıxmışam. O zaman artıq ailəm dağılmışdı. Boşanma ərəfəsində idim. Uşaqlarım körpə idi. Onları qoyub gedə bilmirdim. Amma anam belə bir şansımın olduğunu və uşaqlarıma baxacağını bildirdi. Bir aylıq getmişdim. Günləri sayırdım ki, onlara qovuşum. Amma 4 ay qalası oldum. Təzə ayrılmışdım evim də yox idi. Bodrumda restoranda işləyirdim. Orada bir qrup mənə yaxınlaşıb orada qalmağımı və məni ulduz edəcəklərini söylədilər. Deyirdilər səhnədən aşağı düş qoy sənə pul taxsınlar. Amma qəbul etmirdim. Baxmayaq ki, pula ehtiyacım var idi. Səhnəyə düşmürdüm, amma bir qabı bəzəyib içinə pulu töküb verirdilər. Hətta səhnə ayaqqabım cırılmışdı, tikib səhnəyə çıxırdım. Amma qazandığım pula dəymirdim, qəpiyinə qədər yığırdım. Bir paltarda çıxırdım. Sonra ancaq türk mahnılarını ifa etməyimi istədilər və çalışdığım məkan tərəfindən paltarlar tikdirilirdi. Sonra orada gözəl bir ailə ilə tanış oldum.

Restoranın sahibi idi, yaşlı kişiydi. Qızına bənzədirdi məni. Qızıyla yaxından tanış oldum və onlarda qaldım. Qızın qardaşı mənə vurulmuşdu. Valideyinləri başıma dolanırdı. Deyirdilər ki, get uşaqlarını da gətir səni alırıq oğlumuza. Oğlan evliydi. Amma dərdimdən dəli divanə idi. Arvadını boşayıb, məni almaq istəyirdi. Oğlanla heç kəlmə kəsməmişdim. Yox deyəndə hamısı şoka düşdü. Küsdülər məndən. Burada da dedi-qodular başlamışdı. "Mətanət balalarını atıb yəqin, orada ərə getdi" deyirdilər. Tək, atasız həm sənətimi, həm də balalarımı yaşatdım. Bakıya qayıtmağıma 5-10 gün qalmış qəpik-qəpik yığdığım pulu oğurladılar. Qayıtmağa belə pulum yox idi. Sonra bildim kim oğurlayıb, amma demirəm kim. Bizimlə gedənlərdən biri idi. Bəlkə də indi eşidir, ölüb yerə girir. Qadın idi, bir otaqda qalırdıq. Bu sənətə tökdüyüm pullara bəlkə də saysız-hesabsız obyektlərim olardı. Amma sənətimi düşünmüşəm, bilirəm ki, məndən sonra mahnılarım qalacaq".

Müğənni onun uğurlarını görüb sevinməyənlərdən və ona quyu qazanlardan danışdı:

"Sənətdə mane olanlar çox olub. Ayağımın altını qazanlar, xalqın gözündən salmaq istəyənlər çox olub. Tanınmış adamlardan biri mənə çox pislik edib. Üstümə şər atmışdı. Amma heç vaxt deməmişəm ki, paxıllıq edənlər var".

Əməkdar artist "İkinci dəfə ailə qurmaq istərdinizmi?" - sualına bel əcavab verdi:

"İllər elə gəlib keçib ki, heç vaxt özümü düşünməmişəm. Özümü uşaqlarıma və sənətimə fəda etmişəm. Amma düz etməmişəm. İnsan öz həyatını da fikirləşməlidir. İndi qızım Ülkər hələ evdədir. Fikirləşirəm ki, Ülkər ərə gedəndən sonra məni dərd alacaq. Heç vaxt tək qala bilmirəm. İndi elə bir zamanədi ki, heç kimə etibar yoxdu. Ömür yoldaşı tapmaq çox çətindir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1196 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...