İlhamə hökm verdi: - “Qanunu mən qoyuram”

 İlhamə hökm verdi: -


Özünü sənətkar hesab edib, ona-buna lağ edənlər var.

Axar.az xəbər verir ki, bu sözləri xalq artisti İlhamə Quliyeva bəzi müğənnilər haqda “ATV Maqazin onlarla” verilişində danışarkən deyib. O, müğənniləri geyimlərinə görə tənqid edib:

“Bəziləri altdan şortik, üstündən şifon bir paltar geyinib efirə çıxır. Muğam ifaçısı bunu edə bilməz. Bu, müasir ifaçılara yox, estrada ifaçılarına yaraşar. Belə geyimdə efirdə iri planda göstəriləndə beldən aşağı paltarsız görünür.

Özünü sənətkar hesab edib, ona-buna lağ edənlər var. Başqalarını müzakirə edənlər gedib güzgüyə baxsın, görsün nəyə oxşayır. Kimi müzakirə edirsən? Get tərcümeyi-halını vərəqlə, gör sən kimlərdən danışırsan. Bir kəs başından böyük danışıb deyə bilməz ki, İlhamə qanun qoya bilməz. Qanun qoyanın ən yuxarısıyam mən. Qanunum kimi qane etmir, gedib su içsin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1310 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...