"Ölkəni tərk edirəm" - Nazpəri Dostəliyeva

"Ölkəni tərk edirəm" -


“Efirlərə çıxmamağım toy biznesimə də təsir edib. Özümə güvənən insanam. Pedoqoji fəaliyyət göstərirəm. Sabah pulumu qazanmaq üçün bağça müdirəsi də işləyə bilərəm”.


Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva “Yoldaş Rövşanə” verilişində deyib. Müğənni efirlərə hələ də buraxılmadığını və ölkəni tərk etmək istədiyini bildirib:

“Başqa ölkələrdən təkliflər almışam. Bunları qəbul etməyi düşünürəm. Ölkəni tərk etməyə hazırlaşıram, çünki fəaliyyətimi dayandırmaq istəmirəm. Televiziya rəhbələrindən incimişəm. 3 ildir susuram. Heç bir qanuna əsaslanmadan mənə efir qadağası qoyublar. Mən özümə yox, xalqa aidəm. Onların ixtiyarı nədir bir xalq artistinə qadağa qoysunlar? Bir toya hər kəs kimi mən də qonorar qarşılığında getdim. Bunu siyasiləşdirib, mənə qadağa qoydular. Məni əhatə edən haqsızlıqdır, paxıllıqdır. Bəzi bədbəxtlərin məni gözügötürmür. Sevənlərim bundan sonra məni başqa ölkənin kanallarında görəcəklər”.

N.Dostəliyeva müğənnilərin toy biznesindən də danışıb:

"Bu gün hamı toy dalınca qaçır. Şəxsiyyəti olan, əsl sənətkar "toy-toy" deməz. İndi çoxları pul qazanmaq üçün buna önəm verir. Müğənninin gəlir yeri tək toy olmamalıdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1244 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...