Əməkdar artistin əvvəl anası, sonra bacısı öldü FOTO
Azərbaycanın Əməkdar artisti Nüşabə Ələsgərlinin ailəsinə ağır itki üz verib.
ANS PRESS-in məlumatına görə, sənətçinin bacısı dünyasını dəyişib. Əməkdar artist mərhum bacısının şəklini "İnstaqram"da paylaşıb. O, fotonu "gözəl bacım, əlvida! Anamıza, atamıza salam de...” sözləri ilə yerləşdirib.
Əməkdar artistə sənət dostları sosial şəbəkə vasitəsilə başsağlığı veriblər.
Nüşabə Ələsgərlinin "İnstaqram" səhifəsi
Müğənninin bacısı xərçəng xəstəliyindən əziyyət çəkirdi. Nüşabə Ələsgərli bir müddət əvvəl özü bu barədə deyib:
“Mənim bacım xərçəng xəstəliyindən əziyyət çəkir. Ölkəmizdə onkoloji xəstəlikdən əziyyət çəkənlər üçün yardım, sığorta yoxdur. Diabet, böyrəkçatışmazlığı və bir çox ağır xəstəliklər üçün dövlət yardım ayırıb. İstərdim ki, onkoloji xəstələrə yardım edilsin. Onların ümidi Allaha qalıb. Bu xəstəlikdən əziyyət çəkənlərin ölümə məhkum olduqları məlumdur. Onları az da olsa, yaşatmaq, sağalma ehtimallarını dəyərləndirmək lazımdır”.
Əməkdar artistin bacısı və anası
Əlavə edək ki, ötən il əməkdar artistin anası Solmaz xanım dünyasını dəyişib. Əməkdar artist mərhum anasının şəklini "İnstaqram"da paylaşaraq "Dünyam əlimdən gedir" yazıb.
Müğənnilik fəaliyyəti ilə məşğul olan Nüşabə Ələsgərli Konservatoriyanın xor dirijorluğu fakültəsini bitirib. Aktrisa kimi bir neçə filmdə çəkilib. İki övladı var.
1332 dəfə oxundu