Müğənni Hissin mahnısının sözlərini imtahan sualına saldılar – FOTO

Müğənni Hissin mahnısının sözlərini imtahan sualına saldılar –
Azərbaycanda abituriyentlər üçün hazırlanmış imtahan sualında müğənni Hissin mahnısının sözləri yer alıb.

GUNDEMİNFO.AZ ölkə.az-a istinadən xəbər verir ki, söhbət özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahanından gedir. Sualda Hissin “Mars” adlı mahnısındakı “mahnılarım qızıldır, paslanmır” sözləri yer alıb.

Sözügedən sual bəzi valideynlərin marağına səbəb olub. Onlar nə üçün tanınmış sənətkarların klassik ifalarından yox, məhz Hissin mahnısından test tərtib edilmədiyini bildirirlər.

Qeyd olunur ki, sözügedən suallar Dövlət İmtahan Mərkəzinin bazası əsasında hazırlanıb və bu cür suallar digər tədris mərkəzlərinin də imtahanına salınıb.

Müğənni Hissin mahnısının sözlərini imtahan sualına saldılar –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
874 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...