Məşhur aktrisa plastik əməliyyatdan sonra dünyasını dəyişdi - FOTO

Məşhur aktrisa plastik əməliyyatdan sonra dünyasını dəyişdi -
"Wild 'N Out" filminin ulduzu, Jacklyn Smith kimi tanınan Jackie Floridada "popo böyütmə" əməliyyatından bir gün sonra vəfat edib, ölüm səbəbi yalnız bu gün açıqlanıb.

Yenisabah.az xəbər verir ki, xəbərlərdə onun əməliyyat üçün Corciyadan Floridaya getdiyi bildirilir. Məlumata görə, əməliyyat mayın 30-da aparılıb və xəstəyə antibiotiklər, ağrıkəsicilər və ürəkbulanma əleyhinə dərmanlar yazılıb.

Əməliyyatdan sonra başı ağrımağa başlayan aktrisaya tibb bacısı dərmanlardan birini dayandırmağı və lazım olduqda ibuprofen qəbul etməyi məsləhət görüb. Aktrisa, "başının yandığını hiss etməyə başlayıb". Onunla birlikdə xəstəxanada qalan bibisi təcili yardım xidməti ilə əlaqə saxlayıb və aktrisa “Oh Mercy” Xəstəxanasına aparılıb. Həmin gecə, mayın 31-də xəstəxana həkimləri aktrisanın öldüyünü xəbər verib.

Jackie O, “Wild N' Out” filmində də görünən komediyaçı və reper DC Young Fly ilə münasibətdə olub. Cütlüyün üç azyaşlı övladı var: Nova, Nala və Prince.

“Wild 'N Out” kollektivi Jackienin ölümü ilə bağlı mesaj yayımlayıb və onun xatirəsini həmişə ehtiramla yad edəcəyini və yerinin görünəcəyini bildirib.

“Jackie O. beş mövsümdür “Wild 'N Out”un sevilən dostu və sevimli həmkarı idi. Daha da əhəmiyyətlisi, o, üç gözəl uşağa heyrətamiz bir ana idi”-mesajda deyilir.


Məşhur aktrisa plastik əməliyyatdan sonra dünyasını dəyişdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
514 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...