Şəhid atası olan Xalq artisti yeni evinə niyə köçə bilmir?

Şəhid atası olan Xalq artisti yeni evinə niyə köçə bilmir?

Xalq artisti, şəhid atası Əli Nur Prezidentin ona 2021-ci ilsə hədiyyə etdiyi evə köçə bilmir.

Bu barədə Qaynarinfo-ya aktyorun özü məlumat verib.

Xalq artisti bildirib ki, buna səbəb evin hələ təmirsiz olmasıdır:

"Prezident həmin mənzili mənə yaşamaq üçün hədiyyə edib. 3 otaqlı evdir, amma indi təmirsizdir. Təmirinə küllü miqdarda maliyyə vəsaiti lazımdır. O boyda pulum yoxdur. Aktyorun pulu hardadır?”.

Aktyorun sözlərinə görə, ona hədiyyə olan mənzilin təmir olunması üçün müəyyən qurumlara müraciət edib:

"Hələ ki, bir nəticəsi yoxdur, müsbət cavab almamışam. Bəziləri şifahi şəkildə müsbət cavab versə də, hələlik heç bir dəstək olmayıb".

Əli Nur bu səbəbdən hələ köhnə evində yaşadığını vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci ildə Xalq artisti, şəhid atası Əli Nura mənzil hədiyyə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
767 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...