O şeiri Elza Seyidcahan yazıb? AÇIQLAMA

O şeiri Elza Seyidcahan yazıb?

Ötən gün sosial şəbəkələrdə vulqar ifadələrlə zəngin olan şeir paylaşılıb. Paylaşım edənlər şeirin müəllifi kimi bu günlərdə Azərbaycan Yazıçılar Birliyinə üzv olan bəstəkar-müğənni Elza Seyidcahanı təqdim edib.

Lakin müğənni Qaynarinfo-ya açıqlamasında bu iddianı təkzib edib.

"Elza heç bir vaxt belə şeir yaza bilməz. Onu yazanı məhkəməyə verəcəm. Qoy həmin adam gəlib məhkəmədə, qanun qarşısında cavab versin. Bütün jurnalistlərə səslənirəm, adımdan bu şeiri yazan adamın tapılmasına yardımçı olun", deyə Elza Seyidcahan bildirib.

Qeyd edək ki, Elza Seyidcahanın adıçəkilən şeiri Dövlət Gömrük Komitəsinə həsr etdiyi iddia olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1096 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...