Xalq artistinin oğlu atasının seyfindən 25 min dollar oğurlayıb

Xalq artistinin oğlu atasının seyfindən 25 min dollar oğurlayıb


Xalq artisti Afaq Bəşirqızı mərhum həmkarı, Xalq artisti Səyavuş Aslanın uzun zamandır səfil həyat yaşayan böyük oğlu Çingiz Aslan barədə gözlənilməz açıqlama verib.

Bizim.media xəbər verir ki, A.Bəşirqızı Çingizin atası sağ ikən yaşadığı evdən 25 min dollar oğurladığını deyib.

"Siz elə bilməyin ki, Səyavuş Aslanın böyük oğlu Çingiz Aslana diqqət olmayıb. Onun heç diqqətə ehtiyacı da yox idi. Səyavuş bəlkə də bu qədər aktyorun arasında ən imkanlısı və varlısı olub.

Səyavuş Aslan dünyasını dəyişdikdən sonra mülkləri qaldı. Sizi maraqlandıran bir çox məsələləri zamanında gizlətmişik. Təbii ki, hər şeyin həddi var. Biz hər şeyi açıb deməmişik. Amma indi deyirəm. Funikulyorun yanında Çinar kafesi vardı. Obyektin altının 600 kvadratmetr sahəsi olardı. Ora Siyavuş Aslanın idi. Oranı milyon yarım manata tələm-tələsik satdılar.
Səyavuş Aslanın Dənizkənarı Milli Parkla üzbəüz, Akademik Musiqili Teatrının yanında evi vardı. 8 qonşunu köçürüb, o evləri almışdı. Bundan əlavə, həyətdə 38 kvadratmetrlik evi vardı. Siyavuş hər zaman öz ailəsinə, uşaqlarına qarşı çox diqqətcil olub. Sadəcə, belə oldu. O qədər övladlarını əzizlədi ki, axırda da belə oldu.

Onun Eldar adlı digər övladı başını götürüb Türkiyəyə qaçdı. Ağıllı oğlandır. Amma Çingiz belə oldu. Ona Elgiz özü və başqa-başqa oğullar yardım əlini uzadıb, maddi köməklik ediblər. 23 dəqiqəyə atasının başının altından seyfin açarını götürərək açıb, 25 min dolları götürüb. O, evdən çıxanda Siyavuş bunu bilib. Bulvarla Siyavuşun evinin arasında o səkidən bu səkiyə kiçik yoldur. Siyavuş onun arxasınca adam göndərdi. Çingizi tutanda artıq götürdüyü 25 min dollar yox idi”.

Elgiz Əkbər isə A.Bəşirqızının bu sözlərinə "Çingiz dedi ki, atamdan 50 min dollar pul oğurlamışdım.

Gəldim bulvara, yuxu məni tutdu. Başımı qoydum oturacağa, ayılanda gördüm ki, pul yoxdur. Siyavuş müəllimin çoxlu qızılları vardı. Hamısının "dalına keçdi”, - deyə cavab verib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1442 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...