Devalvasiya müğənniləri toysuz qoydu: “Bir dəvət belə yoxdur”

Devalvasiya müğənniləri toysuz qoydu:


“Yanvar-fevral ayı ərzində bir toy məclisinə belə dəvət almamışam Mən Azərbaycanda ilk dəfədir ki, belə vəziyyətlə qarşılaşıram”.

Bunu AzNews.az-a açıqlamasında Xalq artisti Səməd Səmədov bildirib. Əvəllər ayın 20-25 gününü toya dəvət aldığını deyən müğənni bunun səbəbini dolların bahalaşması ilə əlaqələndirib: “Yanvar ayında nəinki mənə, heç bir sənət adamına toyla bağlı dəvət gəlməyib. Dekabr ayında bolluq var idi, el şənlikləri də çox idi. Hamı əlində olan pulu xərcləyib. Müğənnilər indi toya getmir, hamının ümidi mart-aprel aylarınadır. Düşünürük ki, sözügedən aylarda şənlik çox olacaq”.

S.Səmədov sənət adamlarının toy qiymətlərini qaldırması ilə bağlı məsələyə də aydınlıq gətirib: “Qiymət artımı yoxdur. Nə verirlərsə ona da şükür etmək lazımdır. Mən və Cavanşir Məmmədov bu günə kimi heç bir toya qiymət oxumamışıq. Xalqla ayaqlaşmışıq. 10-15 il bundan əvvəl toya 3 min manata gedirdimsə, indi də o qiymətə toy oxuyuram. Xalqın vəziyyətini düşünün. Camaatın güzəranı ağırdır. Güclə dolanırlar, onlardan toya görə pul tələb etmək vicdansızlıq olar. Həmkarlarıma müraciət edirəm, özünüzü xalqdan, kütlədən ayrı salmayın”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1245 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...