"Mən o qiymətə toya getmirəm" - Rəqsanə

"Mən o qiymətə toya getmirəm" -


Müğənni Rəqsanə İsmayılova mediada toy qiyməti ilə bağlı yazılan xəbərə etiraz edib.

Axşam.az-a açıqlama verən ifaçı bu məbləğin yalan olduğunu bildirib.

“Bütün mətbuat nümayəndələrinə hörmətim var. Amma nə gəldi yazırlar. Mənim toy qiymətimi heç kimin ixtiyarı yoxdur ki, öz bildiyi kimi yazsın. Mən o qiymətə toya getmirəm. Yeri gələndə ondan baha toya gedirəm. Siyahı tutanda mənə, yanımdakı işçilərimə zəng vursunlar. Bir də belə halla qarşılaşsam, həmin adamı məhkəməyə verəcəm. Çünki hər dəfə mənim toy qonorarımla bağlı yalan rəqəmlər yazırlar”.

Qeyd edək ki, atv.az saytında R.İsmayılovanın toya 7 min manata getməsi yazılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1220 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...