Elnur Bakını tərk edib, Türkiyədə ev aldı

 Elnur Bakını tərk edib, Türkiyədə ev aldı


Məşhur “O səs Türkiyə” yarışmasında Azərbaycanı təmsil edib birinci olan Elnur Hüseynov yenidən “yoxa çıxıb”. Yarışmada möhtəşəm ifaları ilə yadda qalan Elnur nə mətbauata çıxır, nə də tamaşaçılarına konsert verir. Müğəninin ikinci dəfə populyarlıq qazanandan sonra gözdən itməsi maraq doğurur. Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Gövhər Həsənzadə Elnurun onunla əlaqə saxlamadığını söyləyib.

“Elnur mənimlə əlaqə saxlamır. Bilmirəm indi haradadır, nə işir görür. Bir müddət öncə türk şairə Ayşə Birgül Yılmazla əlaqə saxladım. O, Elnurun Türkiyənin məşhur “Enbe” orkestri ilə çalışdığını dedi”. Daha sonra Ayşə Birgül Yılmaz ilə əlaqə saxlayıb, Elnurla maraqlandıq. Şairə xanım AzVision.az-a Elnur Hüseynovun Türkiyədə ev aldığını və Bakıdan birdəfəlik köçdüyünü bildirib.

“Bir müddət öncə Elnurla mesajlaşdıq. O, mənə zəng edəcəyini söylədi. Biz onunla şəhərin eyni istiqamətində yaşayırıq. O, əvvəlcə mənə dedi ki, “Avropa Music” şirkəti ilə çalışacaq, yeni albom hazırlayacaq. Sonra bildirdi ki, bütün mahnıları özü hazırlayacaq. Elnurdan baş açmaq olmur. O, evə qapanıb, öz üzərində işləmək istəmir. Elnur hazırda yeni evində yaşayır. Bizimlə də əlaqə saxlamır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1092 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...