Vəfat edən Ramiz Novruz dünən “Azərbaycan” qəzetinə hansı açıqlamanı verib? – "Ən çətin anlarımda..."
Xalq artisti Ramiz Novruz 67 yaşında vəfat edib.
Azpost.info bildirir ki, sənətkar bir müddət idi ki, xəstəlikdən müalicə olunurdu.
R.Novruz ölümündən saatlarca əvvəl “Azərbaycan” qəzetinə açıqlama verib və müalicəsində köməyə görə, Azərbaycanın Birinci vitse-Prezidenti, Heydər Əliyef Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.
Bu barədə “Azərbaycan” qəzetinin bu günkü sayında məqalədə deyilir.
Qəzet qeyd edir ki, Mehriban Əliyeva bir müddət əvvəl Xalq artisti, aktyor Ramiz Novruzun müalicəsini öz üzərinə götürmüşdü.
“Birinci vitse-prezident Mehriban Əliyevaya nə qədər təşəkkür etsəm, azdır. Hər kəs xəbərdardır ki, Mehriban xanım ən çətin anlarımda, xəstəliklə mübarizə apardığım zamanlarda məndən dəstəyini əsirgəməyib. Heydər Əliyev Fondu bir daha göstərdi ki, sıravi vətəndaşlardan tutmuş tanınmış insanlara, ziyalılara və sənət adamlarına qədər hər kəs onlar üçün dəyərlidir. Həm də Mehriban xanım mənə elə bir vaxtda kömək əlini uzatdı ki… Onlar şəhid ailələri və qazilərimizə diqqət və qayğı, Qarabağın yenidən qurulması kimi böyükmiqyaslı işlərlə yanaşı, xalqımızın köməyə ehtiyacı olan digər nümayəndələrini də unutmur, vaxt tapıb qayğı göstərirlər. Bu, çox xüsusi və əsl ürək tələb edən nümunəvi davranışdır. Qarşılarında baş əyirəm”.
Xalq artisti əlavə edib ki, nə yaxşı ki xalqımızın Mehriban Əliyeva kimi xeyirsevərləri var: “Bir daha köməyini əsirgəməyən bütün komandaya, xeyirsevər insanlara minnətdarlığımı bildirirəm”-deyə xalq artisti bildirib.
1096 dəfə oxundu