“Mən də onun dediyi fikirlərə qoşuluram” — Tanınmış şair Bəhrama DƏSTƏK VERDİ

“Mən də onun dediyi fikirlərə qoşuluram” —
“Bəhram Bağırzadə mənim dostumdur. Çox vətənpərvər və koloritli bir insandır. Məhz Bakı koloriti ilə formalaşıb. Mən də onun dostları siyahısındayam və özü də “zır” kəndçiyəm. Deyərdim ki, onun dostlarının bəlkə də 99,9 faizi elə rayondan çıxmış adamlardır”.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu sözləri Demokrat.az-a əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib. O, qeyd edib ki, Bəhram Bağırzadənin dediklərini bir az o kontekstdən çıxarırlar:

“Mən də onun dediyi fikirlərə qoşuluram. Düşünürəm ki, kənddən Bakıya adaptasiya olunmaq üçün bir müddət lazımdır. Mən 17 yaşından Bakıdayam, hələ indinin özündə, yəni 50 ildən sonra özümü yavaş-yavaş şəhərli hiss etməyə başlayıram. Amma görürəm ki, bəzi yerlərdə bu kəndçilik qalır. Nə yaxşı ki da qalır. Özümü şəhərdə doğulan bir insan kimi göstərim, o alınmaz. Alınsa da, riyakarlıq olar. Burada nə var ki?! İnsanlar da bitkilər kimidir. Öz doğulduğun torpağın havasını udur, suyunu içir və formalaşır. Hazırda şəhərə axın lap çoxdur. Hərdən olur ki, restoranda oturanda görürsən ki, çığırırlar, bağırırlar, məişət söhbətlərini hamıya eşitdirmək istəyirsən. Bu da yerinə düşməyən hərəkətlərdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
791 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...