«Azpertol» və «ABU Petrol»dan qyimət artımı ilə bağlı açıqlama

«Azpertol» və «ABU Petrol»dan qyimət artımı ilə bağlı açıqlama


«Enerji daşıyıcılarının qiymətinin qaldırılması ilə bağlı məsələ gündəmdə deyil»

Azərbaycanda yanacaq, əsasən də dizelin qiyməti artıb. Bununla bağlı insanlar arasında söz-söhbət yaranıb. Sosial şəbəkələrdə bildirilir ki, manatın dollara nisbətdə 50 faiz ucuzlaşmasından sonra dizelin qiymətində də artım müşahidə edilir. Bəzi yanacaqdoldurma məntəqələrində dizel yanacağını baha satırlar. Deyilənləri yoxlamaq üçün bir neçə yanacaqdoldurma məntəqələrilə əlaqə saxladıq. «Azpertol» və «ABU Petrol» yanacaqdoldurma məntəqələrindən bildirdilər ki, dizelin qiyməti artmayıb. Onların yanacaqdoldurma məntəqələrində dizelin bir litri 60 qəpiyədir.

Tarif Şurasından da baku.ws-ə bildiriblər ki, yayılan söz-söhbətlərin heç bir əsası yoxdur. «Bununla bağlı heç bir müraciət daxil olmayıb. Yaxın günlərdə də enerji daşıyıcılarının qiymətinin qaldırılması ilə bağlı məsələ gündəmdə deyil», - derə qurumdan bildirilib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi dəyişməyib 1,5500 manat (17 dekabr - 1,0499) manat təşkil edib. Manata nəzərən avronun kursu isə 1,16850 (17 dekabr - 1,1394) manat olub. Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1165 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...