Naxçıvanda Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişıq”a ötürüləcək – Fərman

Naxçıvanda Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişıq”a ötürüləcək –
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmə təkmilləşdiriləcək.

Gundeminfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin funksiyalarının aidiyyəti üzrə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görməli, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
45 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...