“Neft 30 dollar olsa belə, gələn ilin büdcəsinə təkrar baxılmayacaq”

“Neft 30 dollar olsa belə, gələn ilin büdcəsinə təkrar baxılmayacaq”


Maliyyə Nazirliyinin Büdcə şöbəsinin müdiri Fazil Fərəcov hesab edir ki, neftin bir barelin qiyməti 30 dollaradək ucuzlaşarsa, 2016-cı ilin dövlət büdcəsinin parametlərinə təkrar baxılmayacaq.

“2016-cı ilin dövlət büdcəsi neftin bir barelinin qiyməti 50 dollara olmaqla hesablanıb. Bununla yanaşı, Maliyyə Naziriyi bir barel neftin qiyməti 30 dollara qədər ucuzlaşacağı halda büdcənin itkiləri ilə bağlı hesablamalar aparıb və bu itkiləri kompensasiya edəcək mənbələri müəyyən edib. Bu səbəbdən düşünürəm ki, 2016-cı ilin dövlət büdcəsinin parametlərinə təkrar baxmaq lazım gəlməyəcək”, – deyə F.Fərəcov ANS telekanalına müsahibəsində bildirib.

2016-cı ilin dövlət büdcəsinin gəlirləri 14 mlrd. 566 mln. manat, xərcləri 16 mlrd. 264 mln. manat, kəsiri 1 mlrd. 698 mln. manat və ya ÜDM-in 2,9%-i səviyyəsində proqnozlaşdırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1130 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...