“Dollarla bağlı tarixi qərar öz təsirini göstərməyə başlayıb”

“Dollarla bağlı tarixi qərar öz təsirini göstərməyə başlayıb”


ABŞ-da Mərkəzi Bankın funksiyasını yerinə yetirən Federal Ehtiyat Fondunun (FES) Federal Açıq Bazar Komitəsində (FABK) müzakirələr başa çatdı.

FEF-nun xanım rəhbəri Janet Yellenin açıqlamasına görə, FABK uçot dərəcəsini 0,25 faizdən 0,5 faizədək artırmaqla bağlı tarixi qərar qəbul edib. Bu isə öz növbəsində beynəlxalq bazara öz təsirlərini göstərməyə başlayıb.


İqtisadçı-alim Qubad İbadoğlu FEF-nun qərarını AzNews.az-a şərh edib. Ekspertin sözlərinə görə, FEF sonuncu dəfə belə qərarı 2006-cı ildə verib: “O vaxtdan bəri dəyişməz qalan uçot dərəcəsinin dekabrın 16-dakı artımı nəticəsində Dow Jones indeksi 57 bənd, NASDAQ indeksi isə 10 bənd möhkəmlənib. Uçot dərəcəsinin qaldırılması dövriyyədəki pul kütləsinin azalması və faiz dərəcələrinin artımını stimullaşdırır. Bu qərar həmçinin dolların mövqeyinin möhkəmlənməsinə xidmət edir”.

Q.İbadoğlunun fikrincə, neftin qiymətlərinin ucuzlaşdığı indiki şəraitdə verilən bu qərar nəticəsində dövlət maliyyəsi resurs gəlirlərindən asılı olan ölkələr üçün milli valyutaların dollara nəzərən dəyərinin uculaşacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
984 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...