Gəncədə “Qızıl Payız” adlı gənclərin yaradıcılıq festivalı keçirilib - FOTOLAR

Gəncədə “Qızıl Payız” adlı gənclərin yaradıcılıq festivalı keçirilib -


Yaradıcılıq festivalı Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional ofisinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilib. Festivala başlamazdan öncə iştirakçılar gənclərin əl işlərindən ibarət sərgiylə tanış olublar. Müxtəlif mövzuları əhatə edən əl işləri və rəsm əsərləri iştirakçılarda maraq doğurub.

Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional ofisinin rəhbəri Aygün Həsənzadə bildirib ki, festivalın keçirilməsində əsas məqsəd istedadlı gənclərin xüsusi bacarıqlarının inkişafına və səhnə mədəniyyətinin formalaşdırılmasına təkan verməkdir. Həmçinin gənclərin öz bacarıqlarının nümayiş etdirmələrinə şəraitin yaradılması da festivalın məqsədlərinə daxildir.

Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Həsən Məmmədov payız fəslinin bitməsinə təsadüf edən festivalın iştirakçılarına uğurlar arzu edib. Vurğulayıb ki, bu qəbildən olan tədbirlər uşaq və yeniyetmələrdə yaradıcılığa marağın oyadılmasına təkan verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Ramin Cəfərov qeyd edib ki, Gənclər Fondunun dəstəyi ilə keçirilən “Qızıl Payız” gənclərin yaradıcılıq festivalı Gəncədən sonra Mingəçevir və Ağcabədidə keçiriləcək. Bu festivallara hazırlıq məsədi ilə hər üç bölgədə öncədən yaradıcılıq dərnəyi qurulub. Gənclərə yaradıcılıq təlimləri keçirilib.

Festivalda Gəncə şəhəri və Samux rayonundan olan 100-ə yaxın gənc iştirak edib. Gənc yaradıcılar onların ixtiyarına verilən səhnədə teatr, musiqi, kino ədəbiyyat, moda və s. bacarıqlarını nümayiş etdiriblər. Gənclərin böyük həvəslə iştirak etdiyi festivalda iştirak edən hər bir gəncə diplomla mükafatlandırılıb.

Qeyd edək ki, mərkəz tərfindən “Qızıl Payız” gənclərin yaradıcılıq festivalının hər ilkeçiriləsi nəzərdə tutulur.


Gəncədə “Qızıl Payız” adlı gənclərin yaradıcılıq festivalı keçirilib -
Gəncədə “Qızıl Payız” adlı gənclərin yaradıcılıq festivalı keçirilib -
Gəncədə “Qızıl Payız” adlı gənclərin yaradıcılıq festivalı keçirilib -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1922 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...