Lombardçı Məlahət Qurbanova hansı məmurların çirkli pullarını yuyur?
Son vaxtlar əlindəki bütün qızıllarını və digər qiymətli əşyalarını lombarda qoyan və onları birdəfəlik itirən insanların şikayətləri ilə tez-tez rastlaşırıq. İnsanları cəlbedici təkliflərlə aldadaraq onları tamamilə müflis edən lombardçılar barədə mətbuatda kifayət qədər məlumatlar gedib. Təəssüflər olsun ki, bəzi insanlar hələ də qanunvericiliyi bilməməsi səbəbindən lombardların “toru”na düşür və tamamilə iflas edirlər. Yeri gəmişkən, Lombard (ital. coğrafi. addan götürülüb) - daşınan əmlakı və ya başqa bir şeyi girov kimi qəbul edib, borc pul verən kredit müəssisəsidir. Ancaq lombardlar hansı meyarlar əsasında işləməlidirlər məsələsi son dərəcə aktualdır.
Ölkədə lombard fəaliyyəti Azərbaycan qanunvericiliyi əsasında və yalnız xüsusi lisenziya ilə mümkündür. Bu fəaliyyət mexanizmi 1997-ci ildən etibarən "Lombard fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təsdiq edilməsi” haqqında Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Lakin lombardlarda prosedur yüngül olduğundan və arayış tələb olunmadıgından ehtiyacı olan insanlar bura axın edir və nəticə də acınacaqlı olur.
Lombard fəaliyyətində ən çox rast gəlinən fırıldaqlardan biri verdiyi pulun müqabilində onun ikiqat dəyərini alan lombard sahiblərinin sonradan müflis etdiyi müştərilərini şantaj etməsidir. Bunula yanaşı lombard sahiblərinini bir çox vətəndaşın girov müqabilində qoyduqları zinət əşyalarını-qızılları götürərək ölkədən qaçması faktları da var. Son dövrlərdə isə bəzi lombard sahibləri öz fırıldaqçı əməllərini ört-basdır etmək üçün tanınmış şəxslərin adından spekulyasiya edərək müəyyən divident əldə etmək istəyirlər. Bu sırada Bakı şəhər sakini lombardçı Məlahət Qurbanovanın fırıldaqçı hərəkətləri barədə bu günlərdə mətbuatda informasiya getmişdi. (Məlumatda Vüqar Hümbətov və Mirəhəməd Abbasovla lombardçı xanım arasında 165 min manatın söhbəti gedirdi). Lombardçı xanım öz cinayətkar əməllərindən diqqəti yayındırmaq üçün bir sıra tanınmış insanları da kəskin ittiham etmişdi. Məsələdə adı hallanan Mirəhməd Abbasovun lobbardçı xanımım qeyri-qanuni əməlləri barədə açıqlaması çox mətləblərə aydınlıq gətirib.
GUNDEMINFO.AZ-a danışan Mirəhməd Abbasov bildirib ki, lombardın baş direktoru - Məlahət Qurbanova uzun müddətdir ki, uçotdan kənar pulları dövr etdirir. O pullar da gedib çıxıb, adı məsələdə sürücü kimi hallandırılan Hümbətov Vüqara - həmən o firmada bir neçə mağaza işlədən şəxsə. Hansı ki, sonradan bəlli oldu ki, o çox sayda şəxsləri aldadıb, pullarını alıb, etimaddan sui-istifadə edib. Hümbətov Vüqar barəsində bir ildən az müddət olar ki, cinayət işi açılıb. Onun barəsində bir ilə yaxındır ki, axtarış elan olunub. Nəsimi rayon polis şöbəsinin istintaq bölməsi tərəfindən istintaq aparılır. Bir ilə yaxındır ki, onu tapa bilmirlər. Bunlar isə istintaqa müraciət etməkdən imtina edir, qısa yolla elə bilirlər ki, pullarını almaq daha asan olacaq. Burada çox qarışıq məsələlər var. Bunu ancaq istintaq araşdıra bilər. Bu məsələ rəsmi qaydada araşdırılsa, Məlahət Qurbanova barəsində vergidən boyun qaçırmaya görə cinayət işi başlanmalıdır.
M.Abbasovun sözlərinə görə, M.Qurbanova lombardda minimum 6-8 faizdən pul verib. 2013-cü ildə Vüqar Hümbətova verdiyi puldan bir il ərzində 120 min faiz alıb. Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərinə uyğun olaraq verdiyi pulun müqabilində rəsmi qaydada girovunu götürməli idi. Əgər bu qanunun tələblərinə uyğun fəaliyyət göstərsə idi, yəqin ki hansısa problemi olmazdı. M.Abbasov əlavə edib ki, Məlahət Qurbanova müəyyən şəxslərin təsiri altındadır. O çirkli pullarını realizə etmək üçün tanınmış adamların adındam istifadə edir. Ancaq belə cinayətkar əməllərlə uzaga gedə bilməyəcək.
P.S. Əldə etdiyimiz məlumata görə, M.Qurbanova dəfələrlə öz yaxın ətrafına nümayişkanə formada bildirib ki, onun arxasında böyük məmurlar dayanır və lombard vastəsilə onların çırkli pullarını yuyur. Apardıgımız araşdırma nəticəsində lombardçı xanımın əlbir oldugu məmurların adlarını müəyyənləşdirə bildık. Gələn sayımızda onların adlarını açıqlayacagıq.
1582 dəfə oxundu