Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Heydər məscidində ehsan verilib

Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Heydər məscidində ehsan verilib


Bu gün Bakıdakı Heydər məscidində Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ehsan verilib.
APA-nın xəbərinə görə, ehsan mərasimində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə, din xadimləri, millət vəkilləri və başqa şəxslər iştirak ediblər.

Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Heydər məscidində ehsan verilib

A. Paşazadə çıxış edərək bildirib ki, Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar 1, 2 və 3 saylı uşaq evlərinə, habelə Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi – uşaq bağçasına ehsan göndərilib. Sonra Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxış edib. O, Heydər Əliyevin keçdiyi həyat yolu haqda danışıb. F. Heydərov bildirib ki, Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan qüdrətli bir dövlətə çevrilib.

Millət vəkili əlavə edib ki, Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı, müstəqil Azərbaycan dövlətinin banisidir: “Bu gün Azərbaycan xalqı bu kədərli günü qeyd edir. Heydər Əliyevi sevənlər bu gün onun məzarını ziyarət edirlər”. Sonra Heydər Əliyevin və Qarabağ şəhidlərinin ruhuna dualar oxunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1230 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...