Əfqanıstan Silahlı Qüvvələri Qəndəhar aeroportuna hücumu dəf edib, 61 nəfər həlak olub

Əfqanıstan Silahlı Qüvvələri Qəndəhar aeroportuna hücumu dəf edib, 61 nəfər həlak olub


Əfqanıstan Silahlı Qüvvələri 24 saatdan artıq davam edən qarşıdurmadan sonra "Taliban" üzvlərini Qəndəhar aeroportundan çıxara bilib.

APA-nın “lenta.ru”-ya istinadən verdiyi xəbərə görə, aeroport uğrunda gedən döyüşdə 61 nəfər həlak olub. Qeyd edək ki, əvvəlcə aeroporta hücum edərək orada möhkəmlənən 11 "talibançı", ardınca aeroportla eyni kompleksə aid olan məktəb və hərbi bazanı da nəzarəti ələ keçirib. Aeroportun onlardan azad edilməsi üçün əməliyyata başlanıb. Müdafiə Nazirliyi əməliyyat nəticəsində ölənlər arasında 38 mülki şəxsi, 10 əfqan əsgəri, 2 polis olduğunu açıqlayıb. Hərbi bazanın heyəti zərər çəkməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1088 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...