Ermənistan paytaxtında etiraz aksiyası keçirilir

Ermənistan paytaxtında etiraz aksiyası keçirilir


Ermənistan paytaxtında insan haqlarının müdafiəsinə həsr olunmuş ənənəvi illik yürüş başlayıb. APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, Erməni Milli Komitəsinin keçirdiyi yürüşə konstitusiya islahatlarına qarşı çıxan “Yeni Ermənistan” Milli Xilas Cəbhəsi də qoşulub.

Yürüş iştirakçıları Mərkəzi Seçki Komissiyasının binasına doğru irəliləyirlər. Təşkilatçıların sözlərinə görə, konstitusiya islahatları referendumunda Ermənistan vətəndaşlarının hüquqları kobud şəkildə pozulub.

Müxalif “İrs” partiyasının lideri Raffi Ovanisyan ölkədə hələ də siyasi məhbusların olduğunu, Erməni Milli Komitəsinin liderlərindən biri olan Levon Zurabyan isə referendumun keçirildiyi 6 dekabr tarixini sistem zorakılığı günü adlandırıb.

Onu da bildirək ki, İrəvanın Azadlıq meydanında planlaşdırılan mitinqdən öncə polis 3 nəfəri saxlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
877 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...