Elçin Behbudovun yerinə yeni sədr

Elçin Behbudovun yerinə yeni sədr


İşgəncələrə Qarşı Azərbaycan Komitəsi fəaliyyətini dayandırmayacaq. Bu haqda komitənin mərhum sədri Elçin Behbudovun həyat yoldaşı məlumat verib. O qeyd edib ki, mərhumun qırx mərasimindən sonra komitənin fəaliyyəti bərpa olunacaq. Komitə əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.

Onun sözlərinə görə, komitənin yeni sədri özü olacaq. Qeyd edək ki, E.Behbudova buna qədər sədrin müavini vəzifəsində çalışıb.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi (İQAK) 2002-ci ildə tanınmış alimlər və hüquqşünaslar tərəfindən təsis olunub. 2005-ci ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən təşkilatın məqsədi insan hüquqlarının müdafiəsini təşkil etmək, işgəncə qurbanlarını aşkar etmək, onları müəyyənləşdirdikdən sonra hüquqi yardım göstərək işgəncə verən güc strukturlarının əməkdaşlarını ifşa etmək, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin və Müdafiə Nazirliyinin tabeçiliyində olan müəssisələrini və orada saxlanılan şəxslərin vəziyyətini monitorinq etməkdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1048 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...