Raqub Məmmədov haqqında məlumatlar yalan çıxdı
GUNDEMİNFO.AZ-da «Raqub Məmmədov hardadır - icra başçısı 10 gündür niyə işə çıxmır», «Raqub Məmmədov təcili Bakıya çağırılıb» başlıqlı 29 oktyabr 2015-ci il və 03 noyabr 2015-ci il tarixlərində məlumatlar yayılıb. Bu məlumatlarda Ağdam rayon icra hakimiyyətinin başçısının işə çıxmadığı, parlament seçkilərindən sonra tutduğu vəzifəsindən azad ediləcəyinə dair məlumat verilmişdi.
Məlumatlar yayıldıqdan sonra saytımızın əməkdaşları bu informaiyalarla bağlı araşdırmalar aparıblar. Məlum olub ki, həmin tarixlərdə verilən məlumatların heç bir əsası yoxdur. Həmin məqalələrdə yazılmış informasiyalar yanlışdır. Qeyd edilən dövrlərdə Ağdamın icra başçısı iş başında olub və hətta rayonda bir sıra yeni istifadəyə verilmiş obyektlərin çılışında iştirak edib. Həmçinin də daxil olan informasiyalarda yol verilmiş yanlışlıqlardan biri də Raqub Məmmədovun Bakıya çağırılması ilə bağlı olub.
Apardığımız araşdırmalar zamanı bəlli olub ki, bu xəbərlərin də heç biri həqiqətə uyğun deyil.
Baş vermiş bu ciddi yanlışlıqlara görə, saytımızda işləyən əməkdaşlara ciddi töhmət eldan edilmiş və sonuncu xəbərdarlıqla bundan sonra belə bir yanlışlıq təkrar edilərsə, işdən azad ediləcəkləri barədə məlumatlandırılmışlar.
Saytımızda Ağdam rayon icra hakimiyyətinin icra başçısı Raqub Məmmədovla bağlı yazılmış məqalələrin yanlış olduğunu nəzərə alaraq qarşı tərəfdən üzr istəyirik. Və həmin yazıları təkzib edirik.
1418 dəfə oxundu