Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib FOTOLAR

Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib


Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib. 25 noyabr 2015-cil il tarixdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib. Öncə Şura üzvləri Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.

Şura üzvlərinin, Milli Məclisin deputatı Adil Əliyevin və rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbir iştirakçılarını salamlayaraq, rayonun kommunal sahələrində görülən işlər və rayondakı ictimai-siyasi vəziyyət barədə ümumi məlumat verib.
Rayonda ictimai-siyasi vəziyyətin stabil olduğunu bildirən A.Fərzəliyev gənclərin radikal yönümlü təriqətlərin zərərli təsirinə məruz qalmaması üçün təhsil müəssisələri ilə işin koordinasiya olunmuş şəkildə həyata keçirilməsinin zəruri olduğunu qeyd edib.

Eyni zamanda rayonun mənzil-kommunal təsərrüfatının və xidmət sahələrinin 2015-2016-cı illər üçün payız-qış mövsümünə hazırlığı vəziyyəti, həmçinin rayon ərazisində fəaliyyət göstərən siyasi partiyalar, dini qurumlar və qeyri-hökumət təşkilatlarının fəaliyyəti və qarşıda duran vəzifələr geniş müzakirə olunub.

Rayonun mənzil-kommunal təsərrüfatının və xidmət sahələrinin qarşıdan gələn qış mövsümünə tam hazır vəziyyətdə olduğu qeyd edilib, müəyyən səbəblərdən yarana biləcək problemlərin operativ surətdə aradan qaldırılacağı vurğulanıb.
Çıxış edən Milli Məclisin deputatı Adil Əliyev və Şura üzvləri rayonda radikal yönümlü təriqətlərin, sektaların, müxtəlif icmalar və ayrı-ayrı şəxslər tərəfindən dini ayrı-seçkilik, ədavət salınması, dözümsüzlük ideyalarının yayılması, ictimai-siyasi sabitliyin pozulması kimi halların baş verməməsi, eyni zamanda, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsi istiqamətində aidiyyəti qurumlarla birgə mütəmadi olaraq ciddi tədbirlərin görüldüyünü diqqətə çatdırıblar.
Tədbirdə bir neçə gün bundan öncə peşə bayramını qeyd edən rayonda fəaliyyət göstərən ədliyyə işçiləri Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri ilə mükafatlandırılıblar.



Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1299 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...