“Anbarlar yumurta ilə doludur, qıtlıq ola bilməz”
Bakının bir neçə rayonundakı mağaza və iri marketlərdə yumurta qıtlığı müşahidə edilməkdədir. Müraciət etdiyimiz bir neçə iri marketdə yumurtaların satılıb qurtardığını bildiriblər. Lakin yumurtaların bütün mağazalarda eyni anda satılıb qurtarması diqqət çəkir.
Bu səbəbdən də Modern.az-ın əməkdaşı Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevə müraciət edib. O, müşahidələrin əsassız olduğunu bildirib: “Yumurta qıtlığından söhbət gedə bilməz, mümkün deyil. Dövlət strukturlarına müraciət etmişik ki, bizə ixrac üçün bazar tapsınlar. Artıq neçə ildir ölkə yumurta ilə tam təmin olunur. Bir-iki gün yumurta azlığı qıtlığın olmasına dəlalət etmir”.
Aydın Vəliyev deyib ki, mağazalara gündəlik təqdim edilən yumurtaların hamısı satılır: “Hazırda yumurtaya tələbat çoxdur. Gündəlik 2 milyon yumurta satış nöqtələrinə verilir. İndi istehsalçıların özünün maşını var. Sifariş olan kimi istənilən nöqtəyə daşınma həyata keçirilir. Yumurta bazarı başqa şəxslərin əlinə keçməsin deyə tam tənzimlənib. Hər hansı problem ola bilməz. Nə qədər desəniz yumurta var, hətta ehtiyat anbarlarımız da doludur. Əvvəl kimsə alıb aparıb satırdı”.
1032 dəfə oxundu