Metronun “Gənclik” stansiyasına su damır?

Metronun “Gənclik” stansiyasına su damır?


Metronun “Gənclik” stansiyasının keçidinə su damması təmir işləri ilə əlaqədardır. Bunu Trend-ə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, keçidin yuxarısındakı yolda aparılan təmir işləri suyun dammasına səbəb olub.

N.Paşayev qeyd edib ki, sözügedən məsələ qısa zamanda aradan qaldırılacaq: “Su stansiyanın içərisinə tökülmür. Keçidə yaxın yerdə yollarda olan bordyurlar dəyişdirilir. Buna görə yoldan keçidin içərisinə yağış yağanda su damıb. Məsələnin həll olunması üçün təmir işlərini aparan qurumlarla danışmışıq. Problem ən qısa zamanda aradan qaldırılacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1009 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...