MSK-dan daha bir qərar - məntəqənin nəticələri ləğv edildi

MSK-dan daha bir qərar -


Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı müraciətlərə baxılıb.

Trend-in məlumatına görə, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən deputatlığa namizəlikləri qeydə alınmış beş nəfər MSK-ya müraciət edərək həmin dairədə seçkilərin keçirilməsində qanun pozuntularına yol verildiyini iddia edib və həmin dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsini xahiş edilib. İclasda bildirilib ki, müraciət MSK-nın ekspert qrupu tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 9 saylı seçki məntəqəsində səsvemənin nəticələrinin ləğv edilməsinə əsas yaranıb. Digər şikayətlər isə öz əksini tapmayıb. Beləliklə, MSK 9 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrini ləğv edib.

Qeyd olunub ki, bu, həmin dairədə səsvermənin ümumi nəticələrinə təsir etməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1096 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...