Əhali 9 ayda 1 milyard manata yaxın kredit faizi ödəyib

Əhali 9 ayda 1 milyard manata yaxın kredit faizi ödəyib


2015-ci ilin yanvar-oktyabr aylarında əhalinin nominal gəlirləri 5,7% artaraq 33,5 mlrd. manata çatıb. Virtualaz.org Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə 4,4% artaraq ölkənin istehlak bazarında qiymətlərin bahalaşmasını 0,7 faiz bəndi üstələyib.

Hesabat dövründə gəlirlərin 76,3%-i son istehlaka, 9,3%-i vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 11,5%-i faizi əmanətlərin və kapitalın artırılmasına, 2,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. Başqa sözlə, bu ilin 9 ayında 971,5 mln. manatı kreditlər üzrə faizlərin ödənilməsinə yönəlib. Əhalinin sərəncamda qalan gəlirləri 30,4 mlrd. manat təşkil edərək əvvəlki ilin eyni dövründəkindən 5,7% çox olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1000 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...