Zakir Qaralov rayon prokurorlarına göstərişlər verdi

Zakir Qaralov rayon prokurorlarına göstərişlər verdi


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumlarının rəhbərləri tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinə əməl olunması ilə bağlı tapşırıqları Baş Prokurorluq tərəfindən daim diqqətdə saxlanılır və bu məqsədlə vətəndaşların bölgələrdə qəbulu davam etdirilir.

Baş prokuror Zakir Qaralov noyabrın 13-də Hacıqabul rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayonlarında yaşayan vətəndaşları qəbul edib. Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbula yazılış qabaqcadan başlanılıb, vətəndaşlar yazılı və ya şifahi müraciət etməklə yanaşı, prokurorluğun elektron poçt ünvanı vasitəsilə də qəbula yazılıblar. Qəbuldan əvvəl Baş prokuror və Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub və əziz xatirəsini ehtiramla yad ediblər.

Baş prokuror 20-yə yaxın vətəndaşın müraciətini, o cümlədən ərizə, şikayət və təkliflərini dinləyib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi qanunauyğun və operativ şəkildə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak etmiş tabe rayon prokurorlarına müvafiq göstərişlər verib. Vətəndaşların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün tapşırıqlar verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1196 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...