"Azərbaycanda aclıq məfhumu tamamilə aradan qaldırılıb" - Nazir

"Azərbaycanda aclıq məfhumu tamamilə aradan qaldırılıb" -


“Minilliyin İnkişaf Məqsədləri”ndə 2015-ci ilə qədər yoxsulluğun 15 faizədək azaldılması nəzərdə tutulduğu halda, Azərbaycanda bu göstərici 5 faizə endirilib və aclıq deyilən məfhum tamamilə aradan qaldırılıb.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məişət zorakılığının qarşısının alınması üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bu gün Azərbaycan BMT-nin “Minilliyin İnkişaf Məqsədləri” Bəyannaməsini ən uğurla yerinə yetirən ölkələrdən və tolerantlığına, multikulturalizmə verdiyi töhfəyə, ailə, yaşlı-gənc, qadın-kişi münasibətlərində müsbət mentalitetin qorunub saxlandığı az sayda dövlətlərdən biridir: "Ölkədə bütün qızlar və oğlanlar tam olaraq ibtidai təhsilə cəlb olunur. Ana ölümü və 5 yaşadək uşaq ölümünün səviyyəsi 2000-ci illə müqayisədə 2 dəfədəyək aşağı salınıb. Ermənistanın təcavüzü nəticəsində doğma evlərindən didərgin salınmış 1 milyona yaxın məcburi köçkünlər belə Azərbaycan Prezidenti İlham Əliyevin səyləri nəticəsində abad yaşayış yerləri ilə təmin olunublar. Eyni zamanda, gender problemi uğurla həll olunur, artıq ölkədə bütün muzdla işləyənlərin 48 faizi qadınlardır. Gənclər arasında işsizlik səviyyəsi Avro-Asiya məkanında ən aşağı səviyyəyə - 9,8 faizə enib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1005 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...