Azər Türk Bank daha bir yeniliyə imza atıb

Azər Türk Bank daha bir yeniliyə imza atıb


Azər Türk Bank daha bir yeniliyə imza atıb.

Bank “Oracle FLEXCUBE” bank platformasının son versiyasının tətbiqinə başlayıb. Bankdan Trend-ə verilən məlumata görə, Azər Türk Bank dünyanın qabaqcıl maliyyə institutlarının istifadə etdiyi “Oracle FLEXCUBE” bank platformasının son, 12-ci versiyasının tətbiqinə başlayıb. Korporativ, individual ve investisiyaya əsaslanan bankçılıq ucun vahid istehsal mühitini təmin edən bu bank platformasının tətbiqində məqsəd bankın ümumi operativliyinin və effektivliyinin artırılmasını, bank məhsullarının bazara çıxarılma vaxtına qənaət etməklə bank əməliyyatlarının tezləşdirilməsini təmin etməkdir. Bu proqramın tətbiqi ilə muştərilərə onların fərdi tələblərinə uyğun xidmət təklif etmək mümkün olacaq. Bu da müştəri məmnuniyyətinin artırılmasına gətirib çıxaracaq.

Həmçinin “Oracle FLEXCUBE”un son versiyasının tətbiqi ilə Azər Türk Bankın rəqabət qabiliyyəti daha da yüksələcək, bütün növ bank əməliyyatlarının həyata keçirilməsində davamlılıq təmin ediləcək, xidmətin keyfiyyəti, əməkdaşların məhsuldarlığı artacaq, risklərin idarə edilməsində səmərəliliyin artırılmasına şərait yaranacaq.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1175 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...