"Britaniya Azərbaycana 21 milyard dollardan çox investisiya qoyub"

"Britaniya Azərbaycana 21 milyard dollardan çox investisiya qoyub"


Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyaların həcmi 21 milyard dolları ötüb. Trend-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya əməkdaşlıq forumunda deyib.

Onun sözlərinə görə, Böyük Britaniya Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların həcminə görə, xarici investorlar arasında birinci yeri tutur: "Bununla yanaşı, Böyük Britaniya Azərbaycanın qeyri-neft sektoruna qoyulmuş investisiyaların həcminə görə isə ikinci yerdədir. Bunun həcmi 1,3 milyard dolları ötür".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1194 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...